Avropa Liqası: "Qarabağ" "Hakken"lə oyunda azlıqda qalıb - YENİLƏNİB-6

Avropa Liqası: "Qarabağ" "Hakken"lə oyunda azlıqda qalıb - YENİLƏNİB-6

"Qarabağ" Bakıda İsveçin "Hakken" komandasına qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyununda azlıqda qalıb.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan təmsilçisinin heyətində Marko Veşoviç 56-cı dəqiqədə birbaşa qırmızə vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, "Qarabağ" hazırda 2:0 hesabı ilə öndədir.

22:54

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan təmsilçisi hazırda 2:0 hesabı ilə öndədir.

"Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.

45+3-cü dəqiqədə Yassin Benzia rəqibi növbəti dəfə məyus edib.

22:34

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

"Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade fərqlənib.

45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib.

21:49

Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyununda ilk qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb.

"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.

21:45

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.

Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Cayadır.

"Köhlən atlar" qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.

H qrupunun digər görüşündə "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. "Qarabağ" 7 xalla ikinci, eyni xala malik "Molde" üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.

20:37

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və İsveçin "Hakken" klubunun start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.

"Hakken": 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.

Futbol
Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb

Bosniya və herseqovinalı hücumçu "Sumqayıt"dan ayrılmasının səbəbini açıqlayıb

Futbol
Argentina ilə oyun öncəsi Səudiyyə Ərəbistanında iş dayandırılıb

Argentina ilə oyun öncəsi Səudiyyə Ərəbistanında iş dayandırılıb

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

Futbol
Məhəmməd Mirzəbəyov: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ

Məhəmməd Mirzəbəyov: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ

Futbol
AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

Futbol
"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

Futbol
Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq

Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq

Futbol
Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Futbol
Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Futbol
"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur"

"Neftçi"nin legioneri: "Hər mövsüm komandada xeyli dəyişiklik olur"

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Futbol
KİV: Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs ediliblər

KİV: Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs ediliblər