Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində sonuncu - VI turun daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, F qrupuna təsadüf edən matçlarda "Real Madrid" İspaniyada Şotlandiya "Seltik"ini 5:1, Almaniya "Leyptsiq"i isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını 4:0 hesabı ilə darmadağın edib.

Bundesliqa təmsilçisi bu nəticə ilə "kral klubu"ndan sonra qrup 2-cisi kimi 1/8 finala adlayıb. Donetsk təmsilçisi yoluna Avropa Liqasının pley-offunda davam edəcək. "Seltik" isə qrupda qalaraq, avrokuboklarla vidalaşıb.

F qrupu

21:45. "Real Madrid" (İspaniya) - "Seltik" (Şotlandiya) - 5:1

Qollar: Luka Modriç, 6 (penalti), Rodriqo, 21 (penalti), Marko Asensio, 51. Vinisius Junior, 61. Federiko Valverde, 71 - Jota, 84

21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Leyptsiq" (Almaniya) - 0:4

Qollar: Kristofer Nkunku, 10. Andre Silva, 50. Dominik Soboslai, 62. Dani Olmo, 68

Xal durumu: "Real Madrid" - 13, "Leyptsiq" - 12, "Şaxtyor" - 6, "Seltik" - 2

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
"Neftçi" hücumçusu ilə yollarını ayırıb

"Neftçi" hücumçusu ilə yollarını ayırıb

Futbol
PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

Futbol
"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

Futbol
Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Futbol
"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

"Kəpəz" əvəzedici komandaya göndərilən 3 futbolçu ilə müqaviləni pozur

Futbol
DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

Futbol
"Neftçi"nin daha bir legioneri zədələnib

"Neftçi"nin daha bir legioneri zədələnib

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

Futbol
Klublar Komitəsinin növbəti iclası keçirilib

Klublar Komitəsinin növbəti iclası keçirilib

Futbol
"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

Futbol
UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib

UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib