Məhəmməd Mirzəbəyov: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ

Məhəmməd Mirzəbəyov: “Rusiya pasportu ilə komanda tapmaq daha asan olardı” - MÜSAHİBƏ

Azərbaycanda 6 fərqli klubda oynayan, yığmanın milliləşdirilmiş legioneri Məhəmməd Mirzəbəyovun apasport.az saytına müsahibəsi

- "Səbail"dən ayrıldıqdan sonra klubsuz qalmısan. Səncə, özünə iş yeri tapmamağına səbəb nədir?

- Vəziyyəti izah etmək çətindir. Çünki hamı məni bir futbolçu kimi tanıyır və bu, mənim üçün açıq bir sualdır. Ümidvaram ki, hər şey yaxşı olacaq.

- Qışda səni yenidən Azərbaycanda görə bilərikmi? Klublarımızdan biri ilə danışıq apardığınız deyilir...

- Hər şey mümkündür. Ümidvaram ki, qış fasiləsində özümə komanda tapacam.

- Azərbaycan çempionatının oyunlarına baxırsan?

- Əlbəttə, izləyirəm. Premyer Liqada komanda sayının artırılması yalnız üstünlükdür, sevindirici haldır. Bununla yanaşı, bölgədə futbolun populyarlaşması baxımından atılmış addımdır.

- Rusiyada özünə klub tapmağınız daha çətindir? Yoxsa buna rus pasportunun olmaması mane olur?

- Azərbaycanda 10 əla, unudulmaz il keçirmişəm. Təbii ki, karyeramı burada başa vurmaq yaxşı olardı. Pasporta gəlincə, bəlkə də belə olsaydı komanda tapmaq daha asan reallaşardı. Amma buna heç də üzülmürəm.

- Formasını geyindiyin "Neftçi" bu mövsüm daha çox tənqid edilir. Səncə, onlar bu mövsüm "Qarabağ"la çempionluq mübarizəsi aparmaq gücündədir?

- "Neftçi" böyük klubdur və orada oynamaq hər zaman çətindir. Onlardan gözləntilər də yüksək olur. Bu mənada tənqidlərin olması təəccüblü deyil. Çempionluq mübarizəsinə gəlincə, çətin ki, "Qarabağ"la yarışa bilsinlər.

- Digər sabiq komandan "Sabah" qızıl medallar mübarizə aparır. Rusiyalı mütəxəssis Murad Musayevin rəhbərlik etdiyi klubun şansını necə dəyərləndirirsən?

- "Sabah" möhtəşəm və intizamlı futbol nümayiş etdirir. Hazırda "Qarabağ"la rəqabət apara biləcək komandalardan biri elə onlardır. Murad Musayev futbolu anlayan insandır. Onun işini "Sabah"ın necə futbol oynadığına baxaraq görmək mümkündür. Komandanın göstərdiyi oyun fəlsəfəsinə görə də yalnız simpatiya ifadə etmək olar.

- Şərəfini qoruduğun Azərbaycan millisi son 5 oyundur ki, qələbə qazanır. Artıq millidə hər şey yoluna düşdüyünü demək olar?

- Yığma hazırda çox istedadlı oyunçulara sahibdir. Onlar bunu öz oyunları və nəticələri ilə göstərirlər. Ümid edirik ki, yığma bununla kifayətlənməyəcək. Əksinə, oyunları və qələbələri ilə hər kəsi sevindirməyə davam edəcəklər.

Futbol
Lionel Messi cari ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu olub

Lionel Messi cari ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu olub

Futbol
Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
Braziliya millisinin və "Atletiko"nun sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin və "Atletiko"nun sabiq futbolçusu karyerasını bitirib

Futbol
"Kəpəz" braziliyalı futbolçunu transfer edib

"Kəpəz" braziliyalı futbolçunu transfer edib

Futbol
Aleksey İsayev zədələnib

Aleksey İsayev zədələnib

Futbol
Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadır"

Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadır"

Futbol
Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Futbol
Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”

Əliyar Ağayev: “Hakimlərimiz bir çox avropalı referilərdən güclüdürlər”

Futbol
Konfrans Liqasında dörd polis yaralanıb

Konfrans Liqasında dörd polis yaralanıb

Futbol
Çempionlar Liqası: "Napoli", "Brügge" və "Bavariya" pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: "Napoli", "Brügge" və "Bavariya" pley-offa vəsiqəni təmin edə bilər