“Neftçi”nin baş məşqçisi: “Burada hər kəs nəticə gözləyir”

“Neftçi”nin baş məşqçisi: “Burada hər kəs nəticə gözləyir”

“Burada hər kəs nəticə gözləyir”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Gazeta Sporturilor” nəşrinə müsahibəsində deyib.

Rumıniyalı mütəxəssis hazırda komandada vəziyyətin ürəyincə olduğunu bildirib: “Bir aydır məğlubiyyətsiz irəliləyirik, komanda daha yaxşıdır. Azərbaycanın ən böyük klublarından biri olan “Neftçi”də həmişə təzyiq var”.

O, adının Rumıniyanın ÇFR klubu ilə birgə hallanmasına da münasibət bildirib. Mutu gələcəkdə Rumıniyada çalışmaq arzusunu gizlətməyib: “Mənimlə heç kim əlaqə saxlamayıb. Uzun illərdir adım ÇFR ilə birgə hallanır. Gerçək olmayan mövzu haqqında danışmağa ehtiyac yoxdur. Məni indi yalnız “Neftçi” maraqlandırır. Bütün diqqətimi tam şəkildə komandama yönəltmişəm. Gələcəklə bağlı indidən nəsə demək düz olmaz. Həmişə demişəm ki, Rumıniyada çalışmağı xoşlayıram”.

“Neftçi”nin baş məşqçisi Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”a qarşı keçiriləcək matça da toxunub: “Onlarla oyunlar son 10 ildə ənənə halını alan derbidir. “Qarabağ” 10-15 ildir çox inkişaf edib. Bizi çox çətin oyun gözləyir. “Qarabağ” yaxşı komandadır, bunu Avropa Liqasının qrup mərhələsindəki nəticələrlə sübut edib. Çempionlar Liqasında da mübarizə aparıblar, yüksək keyfiyyətə malikdirlər. İndi isə Avropa baharı üçün yarışırlar”.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Ağ-qaralar” hazırda 25 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Futbol
Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Futbol
Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Futbol
Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Zoltan Gera: "Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır"

Futbol
Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Futbol
AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub

AVRO-2024: Azərbaycan millisinin rəqibləri bəlli olub

Futbol
"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

DÇ-2022: Argentina və Polşa 1/8 finala yüksəlib

Futbol
2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

2022-ci ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub

Futbol
AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

Futbol
Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb