Azərbaycan Basketbol Federasiyası Avropa reytinqində 7-ci pillədə yer alıb
3x3 basketbol üzrə federasiyaların yeni reytinq cədvəli açıqlanıb.
"Report"un məlumatına görə, Azərbaycan Basketbol Federasiyası Avropa üzrə 7-ci, dünya reytinqində 11-ci pillədə qərarlaşıb.
Bu, 3x3 basketbol üzrə qadın millimizin Dünya Qadın Seriyasındakı mütəmadi iştirakı və “Neftçi” klubunun 4 qat mərhələ çempionu olması sayəsində mümkün olub.
Qeyd edək ki, Azərbaycan yığması apreldə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-basketbol-federasiyasi-avropa-reytinqinde-7-ci-pillede-yer-alib.webp











