"Neftçi" azarkeşlərinə görə ziyana düşdü - 13 min manat

"Neftçi" azarkeşlərinə görə ziyana düşdü - 13 min manat

“Neftçi” klubu cərimələnib.

QELEBE.AZ xəbər verir ki, qərarı AFFA İntizam Komitəsi çıxarıb.

Cəza Misli Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu zamanı baş verən hadisələrə görə tətbiq olunub.

“Ağ-qaralar” azarkeşlərin meydana kənar əşyalar atmasına və kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 13 min manat cərimə edilib.

Qeyd edək ki, oyun “Qarabağ”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.