“Fənərbaxça”dan gənc azarkeşlərə xüsusi jest

“Fənərbaxça”dan gənc azarkeşlərə xüsusi jest

“Fənərbaxça” Türkiyə Super Liqasının XXXII turu çərçivəsində “Başakşehir”lə qarşılaşacaq.

QELEBE.AZ xəbər verir ki, “sarı-lacivərdlilər” oyunu stadiondan izləyəcək 18 yaşadək azarkeşlərə biletləri pulsuz təqdim edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Fənərbaxça” – “Başakşehir” matçı mayın 2-si, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.