Qelebə.az / Azərbaycan Basketbol Federasiyası Avropa reytinqində 7-ci pillədə yer alıb

Azərbaycan Basketbol Federasiyası Avropa reytinqində 7-ci pillədə yer alıb

21-11-2023, 15:59

3x3 basketbol üzrə federasiyaların yeni reytinq cədvəli açıqlanıb.

"Report"un məlumatına görə, Azərbaycan Basketbol Federasiyası Avropa üzrə 7-ci, dünya reytinqində 11-ci pillədə qərarlaşıb.

Bu, 3x3 basketbol üzrə qadın millimizin Dünya Qadın Seriyasındakı mütəmadi iştirakı və “Neftçi” klubunun 4 qat mərhələ çempionu olması sayəsində mümkün olub.

Qeyd edək ki, Azərbaycan yığması apreldə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək.

Geri qayıt