“Zirə”nin kapitanı: “Qəbələ”yə vurduğum qolu sevinclə qeyd edə bilməzdim” - MÜSAHİBƏ

“Zirə”nin kapitanı: “Qəbələ”yə vurduğum qolu sevinclə qeyd edə bilməzdim” - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında 13 tur geridə qalsa da, “Zirə” hələ də liderliyini davam etdirir.

XIII turda “Qəbələ”ni qəbul edən Bakı təmsilçisi növbəti dəfə 1:0 hesablı qələbə qazanmağa müvəffəq olub.

Paytaxt klubuna 3 xalı qazandıran yeganə qola isə “Qəbələ”nin yetirməsi Qismət Alıyev imza atıb.

“QELEBE.AZ”un suallarını cavablandıran 27 yaşlı sağ cinah müdafiəçisi həm bu görüşü dəyərləndirib, həm də komandasının hazırkı durumuna qiymət verib.

- Premyer Liqanın XIII turunda “Qəbələ”ni məğlub etdiniz. Oyunun bu qədər ağır keçməsinin səbəbi nə idi?
- “Qəbələ”ni təhlil edəndə də görürdük ki, bu komanda hətta məğlub olduğu oyunları da yüksək səviyyədə keçirir, baxımlı futbol sərgiləyir. Elə təhlillərimiz zamanı bizi çətin matçın gözlədiyini bilirdik. Açığı, birinci hissədə külək də çıxışımıza mane olurdu. Demək olar ki, bərabər səviyyəli oyun gedirdi. İkinci hissədə vurduğumuz qol sayəsində vacib qələbə qazandıq.

- Penalti zamanı topun arxasına keçəndə üzərinizdə gərginlik var idi?
- Bu mərhələlər çoxdan geridə qalıb. O yaşda deyiləm ki, hansısa epizoda görə həyəcan keçirim. Penalti zərbəm qolla nəticələnməsəydi belə, qələbə qazana bilərdik. Mənim üçün kimin qol vurmağı yox, komandanın qalib gəlməsi vacibdir.

- Sabiq komandanıza vurduğunuz qola görə sevinmədiniz...
- 10 ildən çox “Qəbələ”də olmuşam, üzərimdə əməkləri böyükdür. Bu komandaya vurduğum qolu sevinclə qeyd edə bilməzdim. “Qəbələ”də insani keyfiyyətləri yüksək olan insanlar çalışırlar. Uzun müddətdir onlara qarşı çıxış etsəm də, bu mövsüm qol vurmaq qismət oldu. Bunu da qeyd etməyə ehtiyac duymadım.

- Matçın gedişində “Qəbələ” azarkeşləri ilə aranızda yaşanan kiçik söz “davası” nə ilə bağlı idi?
- Həmin azarkeşlərin hamısı tanış uşaqlardır. Onlarla futboldan kənarda da əlaqələrimiz davam edir. Aramızda xırda söhbət yarandı, böyüdüləcək bir şey deyildi. Çoxu ilə hələ də münasibətim var.

- Əksəriyyət “Zirə”nin qələbələrinin təsadüf olduğunu düşünürdü. Artıq 13 tur geridə qalsa da, hələ də turnir cədvəlinə başçılıq edirsiniz. Proqnozları alt-üst etdiyinizi demək olar?
- Futbola hər kəs fərqli yanaşır. Elə insan var ki, yalnız hücum futbolu göstərməyini və hər epizodda fərqlənməyini istəyir. Ancaq meydandakı mənzərə fərqli olur. Baş hakim “Qəbələ” ilə qarşılaşmanın ikinci hissəsinə 9 dəqiqə əlavə etmişdi. Hesabda öndə olduğun zaman istər-istəməz qol buraxmaqdan çəkinirsən və müdafiəyə qapanırsan. İnsanlar düşünə bilərlər ki, “Zirə” müdafiə futbolu sərgiləyir, 1:0 hesablı qələbələr qazanır. Ancaq heç də belə deyil. Baş məşqçi Rəşad Sadıqov müdafiə futbolunu sevmir. Məşqlərdə də heç vaxt bunun üzərində çalışmırıq. Oyunun gedişinə uyğun hərəkət edirik. Bundan sonrakı məqsədimiz də qələbələr qazanaraq, xal ehtiyatımızı artırmaqdır.

- Ardıcıl 5 turdur məğlub olmursunuz. Belə bir vəziyyətdə milli komandaların oyunları ilə əlaqədar fasilənin yaranması sizə mənfi təsir etməyəcək?
- Bu suala baş məşqçi daha dolğun cavab verə bilər. Düzdür, milliyə getməyən oyunçuların formadan düşmək ehtimalları olur. Ancaq arada elə böyük fasilə də yaranmır. 10 günə hansısa futbolçunun formadan düşəcəyini düşünmürəm. Ötən ay da buna bənzər fasilə yaranmışdı. Ondan sonra komandamız normal çıxış etdi. Qarşıda bizi “Sumqayıt”la çox çətin oyun gözləyir. Bəlkə də fasilə həmin görüş ərəfəsində futbolçuların dincəlmələri baxımından müsbət haldır. “Sumqayıt” da son matçda “Neftçi”ni çox yaxşı oyunla məğlub etdi.

- Hər bir futbolçu titul qazanmaq istəyir. Sizin ürəyinizdən bu mövsüm çempion olmaq keçmir?
- Əlində fürsət varsa, istifadə etmək olar. Ancaq indi turnir cədvəlinə baxsanız, yuxarı pillələrdə nə qədər sıxlıq olduğunu görərsiniz. 5-ci yerdə qərarlaşan komanda ilə arada cəmi 7 xallıq fərq var. Mövsümün indiki anında nədənsə danışmaq düz olmaz. Bizdən cəmi 1 xal geridə olan komanda isə uzun illərdir çempionluq qazanan, avrokuboklarda müntəzəm çıxış edən “Qarabağ”dır. "Zirə"ni yuxarı pillələrdə saxlamaq üçün əlimizdən gələni edəcəyik.

- Bunu karyeranızın ən gərgin mövsümü adlandırmaq olar?
- Bəli, razıyam. Bu mövsüm çox gərgin oyunlar keçir. Məsələn, ötən mövsüm 3-cü pillədəki “Neftçi”dən 18 xal geri qalmışdıq. “Neftçi”nin ikinci yerin sahibi “Sabah”la arasında isə 13 xallıq fərq yaranmışdı. Bu mövsüm heç kim digərlərindən bu qədər uzaqlaşmayıb. Hətta aşağı pillələrdə qərarlaşan klublar da “vuruşurlar”. “Kəpəz” bu tur gözlənilmədən “Araz-Naxçıvan”a qalib gələrək, sonuncu yerdən qurtuldu. Bu mövsüm ardıcıl 1-2 qələbə komandanı yuxarılara qaldıra bilir.

Futbol
Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Futbol
“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

Futbol
"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

Futbol
"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə oyunu səbirsizliklə gözləyirik"

Futbol
AVRO-2024: Səbətlərin tərkibi dəqiqləşib

AVRO-2024: Səbətlərin tərkibi dəqiqləşib

Futbol
"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

Futbol
Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

Futbol
Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Futbol
Riberi karyerasını bitirib

Riberi karyerasını bitirib