Konfrans Liqası: "Fənərbağça" növbəti qələbəsini qazanıb
Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
"QELEBE.AZ"un məlumatına görə, İstanbul təmsilçisi Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib.
Qarşılaşma Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Fənərbağça" vahid liderliyini davam etdirir. Qonaqlar 3 xalla üçüncüdür.

https://qelebe.az//uploads/photo/konfrans-liqasi-fenerbagcha-novbeti-qelebesini-qazanib.webp











