Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi postunda 100-cü oyununu keçirib.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin yubileyi "qırmızı-qaralar"ın evdə I Divizion təmsilçisi "Araz Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Kubokunun 1/8 final matçına təsadüf edib.

42 yaşlı mütəxəssisin bölgə klubunun baş məşqçisi kimi debütü 2019-cu il sentyabrın 14-də “Sabah”la səfər matçında gerçəkləşib. Komanda həmin görüşdə 1:0 hesablı qələbə qazanıb. Baxşıyevin rəhbərliyi altında Premyer Liqada 87, ölkə kubokunda 11, avrokuboklarda 2 matça çıxan "Qəbələ" 35 qələbə qazanıb, 27 heç-heçə edib və 38 dəfə uduzub.

Bundan başqa, əyalət təmsilçisi "Araz Naxçıvan"ı məğlub etməklə, Azərbaycan Kubokunda 40-cı qələbəsini qazanıb. Bu, "qırmızı-qaralar"ın kubokdakı 75-ci matçına təsadüf edib.

Yarışda 2005/06 mövsümündə debüt edən “Qəbələ” 22 dəfə evdə, 17 dəfə səfərdə, 1 dəfə neytral meydanda qalib gəlib. İlk qələbə 2005-ci il sentyabrın 14-də MOİK-lə ev matçına təsadüf edib – 2:0.

Həmçinin, bu, klub tarixində 5 və ya daha çox top fərqli 12-ci qələbədir. “Qəbələ” Premyer Liqada 6, Azərbaycan kubokunda 4, I divizionda 2 dəfə belə böyük fərqlə qalib gəlib.

Qeyd edək ki, "Qəbələ" 1/4 finalda "Qarabağ"a rəqib olub.

Futbol
"Arsenal" Premyer Liqada rekorda imza atıb

"Arsenal" Premyer Liqada rekorda imza atıb

Futbol
“Çelsi” Tomas Tuxeli istefaya göndərib

“Çelsi” Tomas Tuxeli istefaya göndərib

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ"la oynamaq üçün heç bir narahatlıq yoxdur"

"Frayburq"un baş məşqçisi: "Qarabağ"la oynamaq üçün heç bir narahatlıq yoxdur"

Futbol
Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Futbol
"Qarabağ"ın müdafiəçisi zədə səbəbindən ili başa vurub

"Qarabağ"ın müdafiəçisi zədə səbəbindən ili başa vurub

Futbol
"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

"Qarabağ" millinin qapıçısı ilə müqaviləni yeniləyib

Futbol
Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
DÇ-2022: Seneqal Qətərə qalib gəlib

DÇ-2022: Seneqal Qətərə qalib gəlib

Futbol
Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Futbol
"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Araz-Naxçıvan" Qazaxıstan klubu ilə qarşılaşacaq

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub