Azərbaycan millisinin sabiq hücumçusu: “Avstriya vəsiqəni Bakıda qazana bilməyəcək”

Azərbaycan millisinin sabiq hücumçusu: “Avstriya vəsiqəni Bakıda qazana bilməyəcək”

“Avstriya Avropa çempionatına vəsiqəni Bakıda qazana bilməyəcək. Fikrimcə, onların məsələsi son tura qalacaq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Samir Musayev komandanın AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunla bağlı danışarkən deyib.

44 yaşlı mütəxəssis rəqibin Bakıdakı görüşə yüksək motivasiya ilə çıxacağını düşünür. Keçmiş hücumçu millimizin seçmə mərhələdəki nəticələrinə də münasibət bildirib: “Avstriya bura çox motivasiyalı gəlib. Çünki qələbə qazansalar, final mərhələsinə yollanacaqlar. Bu şansı qaçırmaq istəməyəcəklər. İşi son matça saxlamamaq üçün əllərindən gələni edəcəklər. Əminəm ki, yığmamız da ən azı 1 xal qazanmağa çalışacaq. Seçmə mərhələdə qazanılan 4 xal qənaətbəxş nəticə deyil. Yığmamızın potensialı bundan artığına imkan verir. Sadəcə, komanda oyununu çox gec tapdı. Artıq heç nəyi dəyişə bilmərsən”.

S.Musayev millinin gələcəyindən ümidli danışıb: “Yığmanın oyununda qeyri-adi nəsə yoxdur. Ancaq Estoniya üzərində qələbə komandada ruh yüksəkliyi yaradıb. Həm də heyətdə gənclər üstünlük təşkil edirlər. Onlar da motivasiyalı olurlar. Düşünürəm ki, baş məşqçinin kimliyindən asılı olmayaraq, komandamız getdikcə düzələcək. Bunun üçün də çempionatın səviyyəsi artmalı, legionerlərimizin sayı çoxalmalıdır”.

Hazırda “Qarabağ”ın akademiyasında çalışan məşqçi futbolçuların ölkə xaricində çıxış etmələrinin vacibliyini xüsusi vurğulayıb: “Son vaxtlar futbolçularımız ölkə xaricində çıxış etməyə başlayıblar. Ancaq legionerimiz bundan da çox olmalıdır. Futbolda hər şey bir-birinə bağlıdır. Yaxşı futbolçu olmaq akademiyadan, uşaq məşqçilərindən, yaxşı milli formalaşdırmaq isə oyunçuların beynəlxalq təcrübələrindən asılıdır. Bununla yanaşı, çempionatın səviyyəsi də artmalıdır ki, buradakı futbolçular Avropa futbolunun yüksək tempinə hazır olsunlar”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

Futbol
"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək dünya üçüncüsü olub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək dünya üçüncüsü olub

Futbol
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

Futbol
Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Futbol
"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

"Qarabağ" Avropada xal itirməyən üç komandadan biridir

Futbol
"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb

"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Futbol
"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

Futbol
"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb