Qurban Qurbanov: “Onun komandaya qayıtmaq ehtimalı yoxdur”
Misli Premyer Liqasının V turunda "Qarabağ" "Zirə" ilə qarşılaşıb - 1:1.
QELEBE.AZ xəbər verir ki, görüşdən sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Maraqlı oyun alındı. Hər iki komanda 1 xala layiq idi. Oyundan-oyuna daha inamlı oluruq. Xallarımızın üzərinə 1 xal gəldi. Qarşıdakı oyunlara hazırlaşacağıq".
- Yeni gələn futbolçuların performansı sizi qane edir?
- Hələ optimal formalarından uzaqdırlar. Yeni oyunçuların hər biri üçün oynamağa şərait yaradırıq. Qarşıda milli fasilə olacaq. Onları daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdə şans olacaq.
- Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı var?
- Yox. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur.

https://qelebe.az//uploads/photo/qurban-qurbanov-onun-komandaya-qayitmaq-ehtimali-yoxdur.webp