Kurban Berdıyev: “Karyeramda belə hal olmayıb”

Kurban Berdıyev: “Karyeramda belə hal olmayıb”

Misli Premyer Liqasının V turunda "Turan Tovuz" "Araz-Naxçıvan"la qarşılaşıb - 2.2.

Apasport.az xəbər verir ki, matçdan sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

"İki fərqli hissə gördük. Birinci hissə çox ləng oynayırdıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirdik. Hücum xəttində kim yoruldusa, onu əvəzlədim. Amma müdafiədəki oyunçulardan kiminsə zədələnəcəyini güman etməmişdim. Ümumilikdə iki xal itirdik".

- İki xal itirməyinizdə penalti qərarı nə dərəcədə rol oynadı?

- Penalti nəticəyə təsir etdi. Amma biz 10 nəfərlə oynayırdıq. Çünki müdafiəçimiz zədələnmişdi və əvəzetmə edə bilmirdik. Penaltinin olub-olmamasına gəlincə, mən bunu müzakirə etmirəm. Amma əgər qapıçı ona fürsət verdisə, demək ki, var.

- Penalti epizodunun təkrarına baxmısız? Karyerenızda belə penalti görmüsüz?

- Xeyr, belə hal olmayıb. Uzun vaxt keçib. Baş hakim epizodun təkrarına baxmaq üçün VAR-a gedəndə, ehtimal edirdim ki, qərarını dəyişəcək. Çünki orada ayaqla toxunuş yox idi, bəlkə başa nəsə olmuşdu.

- Keçmiş köməkçinizin komandasına qarşı hazırlaşmaq çətin deyildi?

- Biz rəqibin oynadığı iki sistemi təxmini bilirdik. Hər iki sistemə uyğun məşq edib, hazırlaşırdıq. Gözlənilməz heç nə olmadı.