Bu gün 3 komanda AVRO-2024-ün final mərhələsinə vəsiqə qazana bilər

Bu gün 3 komanda AVRO-2024-ün final mərhələsinə vəsiqə qazana bilər

AVRO-2024-ün seçmə mərhələsində bu gün VII turun növbəti oyunları keçiriləcək.

“QELEBE.AZ”un məlumatına görə, B, F və J qruplarında 7 görüş baş tutacaq.

Hər qrupda bir komanda final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. B qrupunda Fransa Niderlanda qalib gəlsə, Almaniyada təşkil olunacaq qitə birinciliyində iştirak hüququna yiyələnəcək. Həmçinin görüş heç-heçə nəticələnsə, digər matçda isə Yunanıstan İrlandiyaya məğlub olsa, fransızlar yenə hədəfə çatacaqlar.

Azərbaycan millisinin yer aldığı F qrupunda gerçəkləşəcək Avstriya – Belçika qarşılaşmasının qalibi AVRO-2024-ə vəsiqə qazanacaq.

J qrupunda isə Portuqaliyanın məqsədinə çatması üçün evdə Slovakiyanı üstələməsi yetərli olacaq. Portuqallar heç-heçə etsələr, digər qarşılaşmada isə Lüksemburq İslandiyaya uduzsa, Kriştianu Ronaldunun kapitanı olduğu kollektiv yenə də final mərhələsinə yollana biləcək.

AVRO-2024, seçmə mərhələ
VII tur
13 oktyabr

B qrupu
22:45. İrlandiya – Yunanıstan
22:45. Niderland – Fransa
Xal durumu: Fransa – 15 xal (5 oyun), Niderland – 9 (4), Yunanıstan – 9 (5), İrlandiya – 3 (5), Cəbəllütariq – 0 (5)

F qrupu
20:00. Estoniya – Azərbaycan
22:45. Avstriya – Belçika
Xal durumu: Belçika – 13 (5), Avstriya – 13 (5), İsveç – 6 (5), Azərbaycan – 1 (4), Estoniya – 1 (5)

J qrupu
22:45. İslandiya – Lüksemburq
22:45. Portuqaliya – Slovakiya
22:45. Lixtenşteyn - Bosniya və Herseqovina
Xal durumu: Portuqaliya – 18 (6), Slovakiya – 13 (6), Lüksemburq – 10 (6), Bosniya və Herseqovina – 6 (6), İslandiya – 6 (6), Lixtenşteyn – 0 (6)

Futbol
Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq

Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq

Futbol
"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

"Qarabağ" Almaniyadakı oyundan əvvəl ölkə xaricindəki azarkeşlərə müraciət edib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

Futbol
İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

Futbol
Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Futbol
Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Futbol
Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

Futbol
Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Futbol
"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

Futbol
Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Futbol
Region Liqasında yeni mövsümün püşkü atılıb

Region Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"

Qurban Qurbanov: "Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"