İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər stadionunda olub.

"Kəpəz"in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, icra başçısı klubun İdarə Heyətinin sədri İlqar Nadiri, qurumun üzvləri – millət vəkili Müşfiq Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşüb.

İ.Nadiri arenada görülən işlər barədə məlumat verib. Bildirib ki, stadionun ərazisində Gəncə Futbol Akademiyası üçün bina tikilir, təbii örtükdən ibarət iki böyük ölçülü meydan salınır. Futbol akademiyasının Gəncədə uşaq futbolunun inkişafına təkan verəcəyini qeyd edən İ.Nadiri tikinti işlərinin bu ilin sonuna kimi başa çatdırılacağını deyib. Meydanların da qarşıdakı iki ay ərzində istifadəyə veriləcəyi vurğulanıb. Stadionun qəzalı vəziyyəti ilə maraqlanan İcra Hakimiyyətinin başçısına bildirilib ki, “Kəpəz”in ev oyunlarını burada keçirə bilməməsi azarkeşləri məyus edib. N.Bayramov vəziyyətin həlli istiqamətində kluba dəstək verəcəklərini söyləyib.

Yeni baş məşqçi Tərlan Əhmədovu təyinatı münasibəti ilə təbrik edib ona uğurlar arzulayan icra başçısı Gəncədə futbolun çox sevildiyini deyərək “Kəpəz” azarkeşlərinin qələbələrə layiq olduğunu əlavə edib. Təcrübəli mütəxəssis komandanın əvvəlki ənənələrini bərpa etməsi üçün çalışdıqlarını, tezliklə fanatları sevindirəcəklərinə inandığını vurğulayıb.

Niyazi Bayramov stadionda U-15 Liqasının II turun oyunları çərçivəsində keçirilən “Kəpəz” – Şimal Elit görüşünü də azarkeşlər arasından izləyib. Qarşılaşmadan sonra hər iki komandanın məşçqiləri və futbolçuları ilə görüşüb, onlarla xatirə fotosu çəkdirib.

Futbol
Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Futbol
AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

Futbol
DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

Futbol
Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Futbol
Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Futbol
Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Futbol
Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

Futbol
UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub

UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibləri bəlli olub

Futbol
PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

Futbol
İlin ən yaxşı gənc futbolçusu açıqlanıb

İlin ən yaxşı gənc futbolçusu açıqlanıb