Azərbaycan futzal millisinin üzvü: “Federasiya prezidenti ilə görüş komandanı bir növ ayıltdı”

Azərbaycan futzal millisinin üzvü: “Federasiya prezidenti ilə görüş komandanı bir növ ayıltdı”

“Niderlandla oyundan əvvəl federasiyanın prezidenti Zaur Axundov bizimlə görüşdü, Rumıniyadakı nəticəyə görə narazılığını bildirdi. Onunla görüş komandanı bir növ ayıltdı”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Amadeu azfutzal.az saytına müsahibəsində deyib.

33 yaşlı hücumçu DÇ-2024-ün elit mərhələsində Niderland üzərində qazanılan 6:1 hesablı qələbəni dəyərləndirib. O, qrupun ilk turunda Rumıniyaya məğlubiyyətdən sonra buna ehtiyacları olduğunu bildirib: “Rumıniyaya məğlubiyyətdən sonra bu oyuna fokuslanmışdıq. Çünki növbəti xal itkisinə yol vermək olmazdı. Üstəlik, doğma meydanda oynayırdıq. Komanda olaraq yaxşı çıxış etdik. Kimlərisə ön plana çıxarmaq istəmirəm. Qələbəni komanda və azarkeşlər birlikdə qazandıq. Federasiya prezidenti Zaur Axundov bildirdi ki, bu görüşdə mütləq qələbə qazanmalıyıq. Atmosfer də əla idi. Çox qaçdıq, mübarizə apardıq, az səhv etdik və yekunda bəhrəsini gördük”.

Braziliyaəsilli idmançı Rumıniyaya 1:3 hesabı ilə uduzduqları səfər matçındakı uğursuzluğun səbəblərini də izah edib: “Deməzdim ki, orada zəif oynadıq. Onlar qələbə qazansalar da, biz daha yaxşı idik, epizodlarımız da çox oldu. Sadəcə, çoxsaylı qol şanslarını reallaşdıra bilmədik. Bəzi epizodlarda biz dəqiq ola bilmədiksə, rəqibin qapıçısı da yaxşı çıxış etdi. Onların heyətində həmin gün ən yaxşı qapıçı oynadı. Rumıniyadakı zal da istənilən səviyyədə deyildi. Orada hər gün həndbolçular məşq edir və oyun keçirdikləri üçün parket yapışqan kimi idi, havalandırma sistemi yox idi. Həm də birinci oyunlar hər zaman çətin alınır. Rumıniya bizdən sonra Qazaxıstanla qarşılaşdı və bir top fərqi ilə uduzdu. Nəticə onların heç də zəif komanda olmadıqlarını göstərdi”.

Amadeunun fikrincə, Qazaxıstanla keçiriləcək matçların nəticəsi həlledici olacaq: “Oyunöncəsi şanslar 50-nin 50-yədir. Deyə bilmərəm ki, Qazaxıstan super vəziyyətdədir və biz çox zəifik. Bakıdakı görüşdə mütləq qələbə qazanmalı, səfərdə isə yenilməməliyik. Biz də dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik. Bunun üçün qələbələr qazanmalıyıq. Oyundan-oyuna inkişaf edirik. Qazaxıstanla matçda Niderlanda qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik. Rəqib də bizi buna məcbur edir. Bakıda qələbə qazanmaq, Astanada isə uduzmamaq lazımdır. Bunu bacaracaq gücdəyik. Yaxşı komandamız var. Rəhbərlik də qarşımıza konkret məqsəd qoyub. Elə etməliyik ki, mərhələnin sonunda sevinən tərəf biz olaq”.

“Araz-Naxçıvan”ın oyunçusu sentyabrın 26-da startı veriləcək Yüksək Liqanın yeni mövsümündə əsas rəqiblərinin də adlarını çəkib: “Bilirəm ki, “Baku Fire” və “Neftçi” İK heyətlərini gücləndiriblər. Onlarla oyunlar çətin keçəcək. Bütün görüşlər bizim üçün əhəmiyyətlidir. 3 xal qazanmaq istəyirsənsə, rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməlisən. İştirakçı komandaları mövsümün başlaması münasibəti ilə təbrik edirəm. Hər kəsə zədəsiz futzal ili arzulayıram. Oyunların başlaması millinin hazırlığına da müsbət təsir edəcək”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununu oktyabrın 6-da Bakıda Qazaxıstan yığmasına qarşı keçirəcək.

Futbol
DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür

Futbol
“Turan Tovuz” ilk yoxlama görüşündə Rumıniya klubuna uduzub

“Turan Tovuz” ilk yoxlama görüşündə Rumıniya klubuna uduzub

Futbol
Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Futbol
AFFA 2022/2023 mövsümünün yenilənmiş hakim siyahısını açıqlayıb

AFFA 2022/2023 mövsümünün yenilənmiş hakim siyahısını açıqlayıb

Futbol
Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Futbol
"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

Futbol
"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb