Tvente-Fenerbahçe matçı REAL TV, TVNET SPORT və S SPORT birgə yayımında göstəriləcək
Azərbaycanda UEFA Konfrans Liqasının pley-off mərhələsinin FC Tvente - Fenerbahçe cavab oyunu eksklüziv olaraq REAL TV, TVNET SPORT və S SPORT birgə yayımında göstəriləcək.
APA xəbər verir ki, matça yalnız TVNET SPORT və S SPORT birgə yayımı ilə REAL TV-nin ümumölkə açıq yayımı və kabel televiziyalarındakı yayımı ilə və TVNET platformasında baxa bilərsiniz!
Xatırladaq ki, Tvente – Fenerbahçe matçı bu gün axşam saat 21:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/tvente-fenerbahche-matchi-real-tv-tvnet-sport-ve-s-sport-birge-yayiminda-gosterilecek.webp











