Real Madrid əfsanəsi ilə davam edir – Avroliqada tarixi rekorda imza atacaq
"Real Madrid" basketbol komandası kapitanı Serxio Lyul ilə müqaviləni yeniləyib.
QELEBE.AZ xəbər verir ki, İspaniya təmsilçisi 38 yaşlı basketbolçu ilə anlaşmanın müddətini daha bir mövsüm uzadıb.
Yeni müqavilə sayəsində Lyul 2026/2027 mövsümündə Avroliqada 20 mövsüm keçirən ilk basketbolçu kimi tarixə düşəcək.
Qeyd edək ki, Serxio Lyul 2007-ci ildən "Real Madrid"in formasını geyinir. O, Madrid klubu ilə 3 dəfə Avroliqa, 9 dəfə İspaniya çempionluğu qazanıb.

https://qelebe.az//uploads/photo/real-madrid-efsanesi-ile-davam-edir-avroliqada-tarixi-rekorda-imza-atacaq.webp