Sabiq “Arsenal”lı Almaniya millisində
Almaniya millisinin və London “Arsenal”ının sabiq müdafiəçisi Per Mertesaker yığmanın yeni idman direktoru olacaq.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssis vəzifəsinin icrasına 2027-ci il yanvarın 1-dən başlayacaq. O, hazırkı idman direktoru Andreas Rettigi əvəz edəcək.
Mertesaker Almaniya milli komandalarına və federasiyanın akademiyasına cavabdeh olacaq. Bu qərar müşahidə şurası və səhmdarların iclası tərəfindən yekdilliklə qəbul edilib.
Qeyd edək ki, futbolçu karyerasını başa vurduqdan sonra Mertesaker 2018-ci ildə “Arsenal” akademiyasına rəhbərlik edib. O, 2026-cı ilin yayına qədər klubun gənclər departamentinin rəhbəri vəzifəsində çalışıb.

https://qelebe.az//uploads/photo/sabiq-arsenalli-almaniya-millisinde.webp