Elxan Səmədov yenidən PFL-in prezidenti seçilib

Elxan Səmədov yenidən PFL-in prezidenti seçilib

Bu gün Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağı keçirilib.

QELEBE.AZ xəbər verir ki, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və dünyasını dəyişmiş futbol adamlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səsvermə hüququna malik üzvlərin iştirakı ilə yetərsay təmin olunduğu üçün Yığıncaq səlahiyyətli elan edilib. Prosedura uyğun olaraq ilk növbədə Yığıncağın işçi heyəti səsverməyə çıxarılıb.

İşçi heyət təsdiqləndikdən sonra Ümumi Yığıncağın gündəliyi elan olunub. Gündəliyə İctimai Birliyin hesabatının təqdim olunması, icra orqanının seçilməsi və digər cari məsələlər daxil edilib.

Ardınca tədbir iştirakçılarına PFL-in son 4 illik fəaliyyətini əks etdirən geniş videosüjet təqdim olunub. Daha sonra maliyyə hesabatı ilə çıxış etmək üçün söz PFL-in mühasibi Həci Babayevə və ardından müstəqil auditor Natiq Kərimova verilib.

Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub.

Növbəti 4 il müddətində PFL-in idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:
• Elxan Səmədov – PFL prezidenti
• Məlik Həsənov – İdman işləri üzrə müşavir
• Aslan Şahgəldiyev – Vitse-prezident
• Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
• Elgiz Abbasov – Texniki-idman direktoru
• Sənan Abdullayev – Media və marketinq direktoru

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Futbol
Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

AVRO-2024: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb

Futbol
Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib

Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i qəbul edəcək

Futbol
Avstriya yığmasının futbolçusu: “Azərbaycana qarşı tam hazır olmalıyıq”

Avstriya yığmasının futbolçusu: “Azərbaycana qarşı tam hazır olmalıyıq”

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"