Murad Məmmədovun komandasından qələbə

Murad Məmmədovun komandasından qələbə

Kipr futbol çempionatında III turun oyunları keçirilir.

QELEBE.AZ xəbər verir ki, azərbaycanlı Murad Məmmədovun şərəfini qoruduğu “Pafos” da növbəti matçına çıxıb.

Komanda səfərdə Larnaka AEK-ini 1:0 hesabı ilə məğlub edib.

Məmmədov zədə səbəbindən qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, “Pafos” 7 xal toplayaraq turnir cədvəlinin lideridir.