Bassala Sambu “Turan Tovuz”a keçir? – AÇIQLAMA

Bassala Sambu “Turan Tovuz”a keçir? – AÇIQLAMA

Bassala Sambunun “Turan Tovuz”a keçəcəyi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Apasport.az xəbər verir ki, bu barədə “Neftçi” klubundan saytımıza məlumat verilib.

Son günlərdə 27 yaşlı hücumçunun Bakı təmsilçisindən ayrılaraq “Turan Tovuz”a keçəcəyi barədə xəbərlər yayılıb.

Lakin “Neftçi”dən bildirilib ki, Bassala Sambunun klubla müqaviləsi qüvvədədir və futbolçunun “Turan Tovuz”a transferi ilə bağlı hər hansı razılaşma mövcud deyil.

Beləliklə, ingiltərəli hücumçunun Tovuz klubuna keçidi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

Qeyd edək ki, Bassala Sambu 2025-ci ildən “Neftçi”nin formasını geyinir. O, Bakı təmsilçisinin heyətində bütün turnirlər üzrə indiyədək 46 matçda meydana çıxıb və 15 qol vurub.