Atıcılıq üzrə dünya çempionu: “Startdan son günə kimi hər şey mükəmməl idi”

Atıcılıq üzrə dünya çempionu: “Startdan son günə kimi hər şey mükəmməl idi”

“Yarışın startından son günə kimi hər şey mükəmməl idi”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Bakıda təşkil edilən dünya çempionatında kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qızıl medal qazanan polşalı Lukaş Çapla deyib.

İdmançı öz çıxışından və təşkilatçılıqdan razı qaldığını bildirib: “Burada olmaqdan çox məmnunam. Təbii ki, qızıl medal qazandığım üçün öz çıxışımdan razı qaldım. Bu, mənim dünya çempionatlarında ardıcıl 9-cu medalımdır. Azərbaycana, eyni zamanda Bakı Atıcılıq Mərkəzinə xüsusi təşəkkür edirəm. Burada hər kəs bizi həvəsləndirdi, dəstək verdi. Yarışın təşkilatçılığı mükəmməl idi”.

Lukaş Çapla növbəti hədəflərinin Paris Yay Olimpiya Oyunlarında medal qazanmaq olacağını söyləyib: “Çempionat çətin keçdi. Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar əllərindən gələni etdilər. Əsasən də son günlərdə medal sayımızda artım oldu. Ümid edirəm ki, gələn il keçiriləcək olimpiadada və Dünya Kubokunda daha yaxşı nəticələrimiz olacaq”.

Tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya yavaş) atəşaçmada birinci yeri tutan isveçli Yesper Niberq də təəssüratlarını bölüşüb: “Yarışla bağlı onu deyə bilərəm ki, hər şey gözəl idi. Turnir əsnasında müəyyən vaxtlarda hava bir az küləkli keçdi. Ancaq ümumilikdə hər şey yaxşı idi. Komandamın fəxri kürsüyə çıxmasına töhfə verə bildiyim üçün sevinirəm”.

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Fərdi
Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Fərdi
Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Fərdi
"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Fərdi
Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Azərbaycanın daha 9 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi
Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb