Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Göygöl Olimpiya Kompleksində beynəlxalq təlim-məşq toplanışında olan cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautmanın "QELEBE.AZ"un Qərb bürosuna müsahibəsi

- Göygöl toplanışını necə dəyərləndirirsiniz?

- Göygöl toplanışı bizim üçün dünya çempionatına hazırlıq baxımından çox böyük addımdır. Beynəlxalq toplanışa bir çox ölkədən cüdoçular qatılıb. 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək mundial öncəsi güclü komandalarla işləmək bizim üçün vacibdir. Bu, həm belə bir böyük yarışa hazırlıq, həm də formaya düşmək baxımından önəmlidir. Niderland yığması artıq ikinci dəfədir ölkəmizdə hazırlıq keçir. Çox güclü heyətə malik Özbəkistanı və İsraili də qeyd edərdim. Kiçik komanda ilə gələn ölkələr də var. Lakin onlar 4 idmançı gətirsələr də, hər biri güclü cüdoçudur. Polşanın da səviyyəli komandası var. Bu hazırlıq prosesi Səudiyyə Ərəbistanı yığmasına da kömək edir. Şərait əladır, təlimlər yaxşı səviyyədə gedir.

- Bəs toplanışın Azərbaycan millisi üçün hansı üstünlükləri var?

- Əvvəllər təlim-məşq toplanışları üçün çoxlu səyahətlər edirdik. Lakin pandemiya başlayandan sonra bu, daha çətin oldu. Pandemiyanın son dövrlərində vəziyyət nisbətən asanlaşıb. Artıq bir neçə ölkəyə gediş-gəliş mümkündür. Amma heç də bütün ölkələr sərhədlərini açmayıb. Bu ərəfədə bir neçə ölkənin toplanış üçün Azərbaycana gəlməkdə maraqlı olduğunu gördük. Bunun bizim üçün üstünlüyü ondadır ki, bir tərəfdən səyahət etmirik, digər tərəfdən, təkcə əsas heyət deyil, ümumi komanda təlimlərdən bəhrələnə bilir. Bu, bizim üçün çox vacib məqamdır. Düşünürəm ki, hamı bundan məmnundur. Çünki komandanın ümumi səviyyəsi də artır.

- Ümumiyyətlə, dünya çempionatına necə hazırlaşmısız?

- Dünya çempionatının hazırlıqlarına Polşada 3 həftəlik fiziki və taktiki-texniki çalışmalarla başladıq. Çox ağır toplanış idi. Ona görə də daha sonra idmançılara bir həftəlik istirahət verdik ki, Göygöldəki təlimlərədək tam bərpa ola bilsinlər. Buradakı toplanışın ardından qısamüddətli istirahət olacaq. Daha sonra İtaliyada test turniri və təlimlərə qatılacağıq. Dünya çempionatı ərəfəsində - sentyabr sonlarında Bakıda yalnız öz komandamızla hazırlıq keçəcəyik.

- Qarşıdakı dünya çempionatı Azərbaycan yığmasında ilk ciddi sınağınız olacaq. Hansı hissləri keçirirsiniz?

- Martın əvvəlindən bu komandanın baş məşqçisiyəm. Tokio-2020 Yay Olimpiya Oyunlarında isə Almaniya millisinə rəhbərlik edirdim. Yeni işimlə əlaqədar çox həyəcanlıyam. Çox xoşbəxtəm ki, belə bir vəzifəni mənə həvalə ediblər.

- Mundialda hansı çəkilərdən medal gözləyirsiniz?

- Çox yaxşı haldır ki, dünya çempionatında hər çəkidə medal qazana biləcək cüdoçularımız var. Komandamız ümumilikdə çox güclüdür. Son 5-10 ildə Azərbaycanın həmişə güclü komandası olub. Lakin bu, cüdodur, hər şey ola bilər. 73 kq və 81 kq çəki dərəcələrində elə cüdoçularımız var ki, onlardan medal gözləntilərimiz çox yüksəkdir. 90 kq və 100 kq çəkilərlə bağlı da həmişə müsbət fikirdəyik. Təbii ki, digər çəkilərdən də medallar gözləyirik. Kəramət Hüseynov ötənilki dünya çempionatında 60 kq çəkidə bürünc medal qazanmaqla, nəyə qadir olduğunu göstərib. Eyni sözlər, 66 kq-dakı Orxan Səfərova da aiddir. Bu çəkidəki digər cüdoçu Yaşar Nəcəfov hələ gəncdir. 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri də 2018-ci ildə Bakıda dünya çempionatının gümüş medalını əldə edib. Lakin sadaladığım cüdoçular arasında əvvəllər zədə problemi ilə üzləşənlər də olub. Ona görə də dəqiq proqnoz vermək çətindir. Deyə bilərəm ki, komanda üzvləri çox yaxşı məşq edərək, hazırlaşıblar. Ona görə də hər biri barədə optimist düşüncədəyəm və medal gözləntilərim çox yüksəkdir. Cüdoda həm müsbət, həm də mənfi sürprizlər ola bilir. Ən azı 3 medal qazansaq, ümumi nəticədən məmnun qalacağam.

Fərdi
Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Fərdi
Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Fərdi
Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Fərdi
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

Fərdi
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Məşhur tennisçi karyerasını başa vurur

Məşhur tennisçi karyerasını başa vurur

Fərdi
İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib

İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq