Vaqif Cavadov: "Qarabağ" hazır olmalıdır, cavab matçında hər şey baş verə bilər"

Vaqif Cavadov: "Qarabağ" hazır olmalıdır, cavab matçında hər şey baş verə bilər"

"İki top fərqi ilə üstünlüyümüz var. Amma hər şey baş verə bilər və komanda hazırlıqlı olmalıdır. Bunu da bilirlər".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Vaqif Cavadov "köhlən atlar"ın bu gün Bakıda Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı ilə bağlı danışarkən deyib.

Hazırda "Sumqayıt"ın əvəzedici komandasında baş məşqçi olan 34 yaşlı sabiq hücumçu Azərbaycan təmsilçisinin Lyublyanada gerçəkləşən görüşdə yaxşı oyun sərgilədiyini bildirib: "Bakıdakı qarşılaşmanın da eyni ssenari, "Qarabağ"ın üstünlüyü ilə keçəcəyinə, həmçinin istənilən nəticənin əldə olunacağına inanıram. Ümid edirəm ki, ölkə çempionu bu gün ən yaxşı oyununu göstərəcək. Bundan sonra qrup mərhələsini fikirləşmək olar".

Cavadov Avropadakı bütün kollektivlərə ciddi yanaşmağın lazım olduğunu diqqətə çatdırıb: "Belə turnirlərdə hər kəs qalib gəlmək istəyir. Sadəcə, "Qarabağ" rəqibi düzgün təhlil etdiyi üçün Bakıya qələbə ilə döndü. İnanıram ki, həmin oyundakı performans, istək cavab görüşündə də olacaq və komanda azarkeşlərimizi sevindirəcək".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Səfər baş tutan ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Futbol
Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Futbol
Messi qol sayında Ronaldoya çatıb

Messi qol sayında Ronaldoya çatıb

Futbol
"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

Futbol
“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

“Traktor”un sabiq futbolçusu 26 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT - VİDEO

Futbol
Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Futbol
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol
Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib