“Zirə”nin serbiyalı futbolçusu: “Startda qələbələr gözləmirdik” deyə bilmərəm” – MÜSAHİBƏ

“Zirə”nin serbiyalı futbolçusu: “Startda qələbələr gözləmirdik” deyə bilmərəm” – MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının geridə qalan 4 turunda xal itirməyən yeganə komanda “Zirə”dir.

“Qarabağ”, “Kəpəz” və “Sabah”ı 1:0, “Səbail”i isə 2:1 hesabı ilə məğlub edən Bakı klubu 12 xalla turnir cədvəlinə başçılıq edir.

Ötən mövsüm 5-ci yeri tutan “qartallar”ın heyəti bu dəfə daha zəngindir. Bunun nəticəsidir ki, bəzi oyunçular əsas heyətdəki yerlərini itiriblər. İlk üç turda ehtiyatda qalan serbiyalı yarımmüdafiəçi Andriya Lukoviç də özünə yer etməyə çalışan əcnəbilərdəndir. 28 yaşlı orta sahə oyunçusu cari mövsümdə ilk matçını IV turda “Sabah”la qarşılaşmanın son dəqiqələrində meydana çıxmaqla keçirib.

“QELEBE.AZ”un suallarını cavablandıran Andriya Lukoviç həm komandanın uğurlu çıxışının, həm də özünün əsas heyətə düşə bilməməsinin səbəblərini açıqlayıb.

- Premyer Liqanın IV turunda “Sabah” üzərində 1:0 hesablı qələbə qazandınız. Bunu nəyə borclusunuz?
- Çətin mübarizə oldu. Matçın startı çox yaxşı alındı. Vaxtında qol vurduq. Bütün oyunboyu kompakt çıxış etdik. Məncə, qələbəyə layiq idik.

- Çoxları hesab edirdi ki, “Zirə”nin əsl gücü bu oyunda bilinəcək. Sizcə, komandanız potensialının neçə faizini göstərə bilir?
- Bu barədə danışmaq üçün hələ tezdir. Amma ümumilikdə vəziyyət yaxşı görünür. Mövsümə uğurlu başladıq. Məşqlərdə bütün gücümüzlə çalışmalıyıq ki, bu gücü qoruyaq və eyni tempdə mübarizəmizi davam etdirək.

- Çempionluğa iddialılar “Qarabağ” və “Sabah”ı məğlub etdiniz. İlk 4 turda 12 xal toplayacağınızı gözləyirdiniz?
- Türkiyədə yaxşı təlim-məşq toplanışı keçdik, yoxlama görüşlərində qüvvəmizi sınadıq. Bu üzdən “startda qələbələr gözləmirdik” deyə bilmərəm. Biz hər matçda qələbə qazanmağa çalışırıq. Bir tempdə getmir, turdan-tura “artırırıq”.

- Ötən mövsümlə müqayisədə komandada hansı dəyişikliklər olub ki, indi daha sabitsiniz?
- Oyun üslubumuzu və müdafiə tərzimizi bir az dəyişdik. İndi daha sabitik. Nəticəsi də göz önündədir.

- Bu mövsüm ilk oyununuzu “Sabah”a qarşı keçirdiniz və 86-cı dəqiqədə meydana daxil oldunuz. Əsas heyətdən kənarda qalmağınız nə ilə bağlıdır?
- Mövqeyimdə çoxlu futbolçular var. Komandada işlərin yaxşı getməsindən şadam. Meydanda olduğum hər dəqiqə komandama kömək etməyə hazıram.

Ötən mövsüm Premyer Liqada 28 oyunda iştirak etmişdiniz. Bu, əsl Lukoviçdir, yoxsa sizə nəsə mane olur?
- Düşünürəm ki, ötən mövsüm komanda olaraq bir neçə yaxşı oyunlarımız oldu. Məsələyə fərdi yanaşmıram. Zəif nəticə göstərdiyimiz matçlar da oldu ki, bu, sonda 5-ci yeri tutmağımız ilə nəticələndi.

- Növbəti turda rəqibiniz hələ də xal qazana bilməyən “Qəbələ” olacaq. Ardıcıl 5-ci qələbəyə yaxın olduğunuzu demək mümkündür?
- Qəbələdə oynamağın asan olmadığını bilirik. Ancaq yenə də qələbə seriyamızın davamına ümid edirik.

Futbol
Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Futbol
Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

Futbol
Riçard Almeyda: "Almaniyaya gəzinti üçün gəlməmişik" - MÜSAHİBƏ

Riçard Almeyda: "Almaniyaya gəzinti üçün gəlməmişik" - MÜSAHİBƏ

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

Futbol
Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Luka Modriç Xorvatiya millisində tarixi nailiyyətə imza atıb

Futbol
"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

Futbol
"Səbail" klubu yeni hücumçu transfer edib

"Səbail" klubu yeni hücumçu transfer edib

Futbol
FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

FIFA-nın sabiq prezidenti futbolu limonla müqayisə edib

Futbol
"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

Futbol
Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Futbol
Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"

Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"