Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB - 2

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB - 2

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində azərbaycanəsilli İsveç cüdoçusu Emil Cəbiyevlə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Kotsoyev yarımfinala adlayıb.

14:21

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə start verib.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Emiliano Rossi ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Əhmədov 1/4 finala vəsiqə qazanıb.

14:01

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda serbiyalı Nikola Giroviçi məğlubiyyətə uğradıb.

O, 1/4 finalda azərbaycanəsilli İsveç cüdoçusu Emil Cəbiyevlə üz-üzə gələcək.

13:31

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində İspaniya təmsilçisi Perez Ramirezlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev 1/8 finala yüksəlib. O, bu raundda serbiyalı Nikola Giroviçlə qarşılaşacaq.

Bu gün, həmçinin, 90 kq-dan yuxarı çəkidəki Ramazan Əhmədov 1/8 finalda italiyalı Emiliano Rossi ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə ediblər.

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Fərdi
AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Dünya Kuboku: Türkiyə yığması İrana məğlub olub

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Su İdman Sarayında padel tennis kortunun açılışı olub

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Fərdi
Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"