Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Azərbaycan Kubokunda 2026/27 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Mərasim 18 sentyabr tarixində "Holiday INN” otelində baş tutacaq.
Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2026/27 mövsümündə 34 komanda iştirak edəcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-kubokunda-pushkatma-merasimi-kechirilecek.webp