Millimiz Gürcüstana məğlub oldu – ardıcıl ikinci dəfə
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, yığma Gürcüstanla qarşılaşıb.
“Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, sentyabrın 7-də komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da Gürcüstan millisi qalib gəlmişdi – 1:0.

https://qelebe.az//uploads/photo/millimiz-gurcustana-meglub-oldu-ardicil-ikinci-defe.webp