“Tottenhem”ə ciddi itki: MUDRİK ZƏDƏLƏNDİ
İngiltərənin “Tottenhem” klubu ciddi itki ilə üzləşib.
QELEBE.AZ xəbər verir ki, London təmsilçisinin ukraynalı vingeri Mixaylo Mudrik məşq zamanı topuq nahiyəsindən zədələnib.
25 yaşlı futbolçunun hazırda xüsusi qoruyucu çəkmədən istifadə etdiyi bildirilir. İlkin proqnoza əsasən, onun bərpası 6-8 həftə çəkə bilər.
Bu səbəbdən Mudrik “Tottenhem”in qarşıdakı bir sıra oyunlarını, həmçinin Ukrayna millisinin matçlarını buraxacaq.

https://qelebe.az//uploads/photo/tottenheme-ciddi-itki-mudrik-zedelendi.webp