Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB - 4

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB - 4

Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı təsəlliverici görüşdə litvalı Vigirdas Narkusa qalib gəlib.

14:42

Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda İtaliya təmsilçisi Lusio Tavolettaya uduzub.

Bürünc medal qazanmaq şansını saxlayan Şükürov təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Litva cüdoçusu Vigirdas Narkus olacaq.

13:51

Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Qırğızıstan təmsilçisi Nurməhəmməd Muratovu üstələyib.

Şükürov növbəti mərhələdə italiyalı Lusio Tavoletta ilə üz-üzə gələcək.

12:29

Azərbaycanın yeniyetmə cüdoçusu Süleyman Şükürov Xorvatiyada keçirilən dünya çempionatına qələbə ilə start verib.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Tacikistan təmsilçisi Aminjon Abducalilzadəni məğlub edib.

11:28

Azərbaycanın yeniyetmə cüdoçusu Kamilla Toholiyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda albaniyalı Kasandra Kovacı ilə üz-üzə gəlib.

Toholiyeva rəqibinə məğlub olub.

Beləliklə, Azərbaycanın qız cüdoçuları turniri bir qızıl medalla başa vurublar. Yalnız 52 kq-da Xədicə Qədəşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün, həmçinin oğlanların mübarizəsində Süleyman Şükürov (73 kq) tatamiyə çıxacaq.

Fərdi
Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Fərdi
Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Fərdi
Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Bakıdakı yarışda iştirak edəcək Azərbaycan karateçiləri açıqlanıb

Fərdi
Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Alim Nəbiyev: "Çəkiölçmə mərasiminə kostyumla qatılmaq mənim imicimdir"

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

Fərdi
Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Dörd olimpiadanın iştirakçısı Bakıda seminar keçib

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Fərdi
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub