Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu uduzub, ikisi 1/4 finala yüksəlib - YENİLƏNİB - 5

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu uduzub, ikisi 1/4 finala yüksəlib - YENİLƏNİB - 5

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı Fransa təmsilçisi Johan Qbinqbehi ilə dueldən qalib ayrılıb.

Daha əvvəl Abil Yusifov (66 kq) eyni nəticəni göstərib.

66 kq-da yer alan digər cüdoçu Cəsur İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya, qız cüdoçulardan 48 kq-dakı Vüsalə Hacıyeva isə eyni raundda özbəkistanlı Zarina Camalovaya yenilib.

14:23

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ukraynalı Danilo Fedoriki məğlub edərək 1/4 finala yüksəlib.

52 kq-da isə Xədicə Qədəşova 1/16 finalda serbiyalı Mina Qaciçi üstələyib.

13:50

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı Xorvatiyada təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Tom Bulociniçlə qarşılaşıb.

Görüşü qələbə ilə başa vuran İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya rəqib olub. O, daha əvvəl paraqvaylı Aqustin Ledesmanı mübarizədən kənarlaşdırmışdı.

13:10

Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Xorvatiyada təşkil olunan dünya çempionatında qələbə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Belçikanı təmsil edən Amsar Camaldinovu məğlub edib.

12:53

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında qələbə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Mişiqtoqo Tsedendamba (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Yusubov növbəti mərhələyə yüksəlib.

12:38

Azərbaycanın iki yeniyetmə cüdoçusu Cəsur İbadlı və Vüsalə Hacıyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıblar.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən İbadlı 1/32 finalda Paraqvay təmsilçisi Aqustin Ledesmaya qalib gəlib.

48 kq-da isə Hacıyeva 1/16 finalda ispaniyalı Klaudia Pla Belmontedən güclü olub.

Qeyd edək ki, bu gün, həmçinin, Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) və Xədicə Qədəşova (52 kq) tatamiyə çıxacaqlar. Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

Fərdi
Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Rəşad Məcid: “Mətbuat Şurasının idman jurnalistləri ilə görüşü planlaşdırılır”

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

Fərdi
Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Fərdi
Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Fərdi
Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb

İJF Rusiya və Belarus cüdoçuları ilə bağlı qərarını açıqlayıb