İSSF rəsmisi: “Azərbaycan hər zaman möhtəşəm ev sahibliyi ilə diqqət çəkib”

İSSF rəsmisi: “Azərbaycan hər zaman möhtəşəm ev sahibliyi ilə diqqət çəkib”

“Azərbaycan hər zaman möhtəşəm ev sahibliyi ilə diqqət çəkib. Bu dəfə də həmçinin”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) stend atıcılığı üzrə texniki nümayəndəsi Abdullah Əli Əl Motava Əl-Hammadi Bakıda təşkil edilən dünya çempionatı ilə bağlı fikirlərini bildirərkən deyib.

Qurumun qətərli rəsmisi təşkilatçılıqla bağlı yüksək fikirlər səsləndirib: “Bura mənim üçün çox doğmadır. Azərbaycana İslam Həmrəyliyi Oyunları, həmçinin, ötən il dünya kuboku zamanı gəlmişdim. Açılış mərasimindəki gözəlliyi hər kəs gördü. Atıcıların rahat hazırlaşmaları və atəş açmaları üçün hər cür şərait yaradılıb. Mükafatlandırma mərasimi də qonaqların ürəyincə təşkil olunur. 100-dən çox ölkədən 1200-dən çox atıcı cəlb olunub ki, bu da dünya çempionatının möhtəşəmliyindən xəbər verir”.

Əl-Hammadi dünya çempionatındakı uğurlu çıxışla Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən azərbaycanlı atletlərlə bağlı da danışıb: “Azərbaycanlı kişi və qadın atıcıların yüksək səviyyədə olduqlarını və yüksələn xətt üzrə inkişaf etdiklərini bilirəm. Hazırda dünya çempionatında elit idmançılar çıxış edirlər. Adından da göründüyü kimi, dünyanın ən güclü atletləri burada cəmlənib. Mundial yerli atıcılar üçün yaxşı təcrübədir. Ümid edirəm ki, növbəti yarışlarda medal sıralamalarında Azərbaycandan olan atıcıların da adlarını görəcəyik”.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Fərdi
Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Fərdi
Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb