UEFA reytinqi: "Qarabağ" Azərbaycana növbəti xalları qazandırıb
"Qarabağ" Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
"Report"un məlumatına görə, Azərbaycan çempionu buna UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəlməklə nail olub.
Bununla ölkənin cari mövsümdəki xalları 2,250 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.
"Sabah" əsas və əlavə vaxtı 0:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiyada "Partizan"a uduzub - 4:5. "Neftçi" isə Türkiyədə "Beşiktaş"a 1:2 hesabı ilə yenilib.

https://qelebe.az//uploads/photo/uefa-reytinqi-qarabag-azerbaycana-novbeti-xallari-qazandirib.webp











