Azərbaycan Premyer Liqasında III tura Qərb derbisi ilə start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
"Report"un məlumatına görə, günün yeganə oyununda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.
Gəncə şəhər stadionundakı Qərb derbisi saat 17:00-da başlayacaq. Hər iki kollektiv iki oyundan sonra 3 xal toplayıb. Tərəflər ötən mövsüm çempionatda 4 dəfə üz-üzə gəliblər. Bunların 2-də Tovuz klubu, 1-də isə Gəncə təmsilçisi qələbə qazanıb. Bir görüş heç-heçə yekunlaşıb. Topların fərqində də "Turan Tovuz" irəlidədir - 4:1.
18 avqust (cümə)
17:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Gəncə şəhər stadionu
Qeyd edək ki, III turun "Qəbələ" - "Sumqayıt" və "Səbail" - "Zirə" oyunları avqustun 19-da, "Qarabağ" - "Araz-Naxçıvan", "Sabah" - "Neftçi" görüşləri isə avqustun 20-də olacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-premyer-liqasinda-iii-tura-qerb-derbisi-ile-start-verilecek.webp











