Qurbanzadədən gümüş medal
Bolqarıstanda keçirilən güləş üzrə U-17 Avropa çempionatında qadın güləşçimiz Xədicə Qurbanzadə turniri uğurla başa vurub.
Apasport.az xəbər verir ki, 49 kq çəki dərəcəsində idmançımız Ukraynanı təmsil edən Olena Koluba ilə qarşılaşıb.
Təmsilçimiz qarşılaşmada 0:10 hesabı ilə məğlub olub və çempionatı ikinci yerdə başa vurub.
O, yarışın gümüş medalına sahib çıxıb.

https://qelebe.az//uploads/photo/qurbanzadeden-gumush-medal.webp