Cüdo üzrə kişilər arasında Liqa yarışının növbəti turu keçiriləcək
Mayın 19-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının ikinci turu keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 314 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

https://qelebe.az//uploads/photo/cudo-uzre-kishiler-arasinda-liqa-yarishinin-novbeti-turu-kechirilecek.webp