Qelebə.az / Cüdo üzrə kişilər arasında Liqa yarışının növbəti turu keçiriləcək

Cüdo üzrə kişilər arasında Liqa yarışının növbəti turu keçiriləcək

Dünən, 23:54

Mayın 19-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının ikinci turu keçiriləcək.

Apasport.az xəbər verir ki, turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 314 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Geri qayıt