FİFA-dan 3 türk klubuna TRANSFER QADAĞASI
FIFA Türkiyənin üç klubuna transfer qadağası tətbiq edib.
Apasport.az xəbər verir ki, qərar Super Liqada çıxış edən “Gənclərbirliyi” və “Qaziantep”, həmçinin II Liqa təmsilçisi “Ankaragücü” klubuna şamil olunub.
Qurumun açıqlamasına əsasən, adıçəkilən klubların hər birinə üç transfer dönəmi müddətində yeni futbolçuların qeydiyyata alınması qadağan edilib.
Bildirilib ki, qadağa maliyyə mübahisələri və ya tənzimləmə qaydalarının pozulması ilə əlaqədardır.

https://qelebe.az//uploads/photo/fifa-dan-3-turk-klubuna-transfer-qadagasi.webp