"Qəbələ" futbolçusuna görə ziyana düşdü - 14 min 500 manat
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasında XXXI turunun "Qəbələ" - "Qarabağ" matçı ilə bağlı cərimələr müəyyənləşib.
Qəbələ təmsilçisi ümumilikdə 14.500 manat dəyərində cəza ilə üzləşib.
9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyununun 86-cı dəqiqəsində “Qəbələ” komandasının 11 nömrəli futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar əşya atıldığına görə “Qəbələ” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);

https://qelebe.az//uploads/photo/quotqebelequot-futbolchusuna-gore-ziyana-dushdu-14-min-500-manat.webp