Federasiya prezidenti: “Dünya çempionatındakı nəticədən sonra bu uğuru gözləyirdik”

Federasiya prezidenti: “Dünya çempionatındakı nəticədən sonra bu uğuru gözləyirdik”

“Mayda Yaponiyada keçirilən kudo üzrə dünya çempionatındakı nəticədən sonra bu uğuru gözləyirdik”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının prezidenti Rafael Bünyatov Yaponiyada təşkil edilən beynəlxalq turnirdə 5 qızıl, 1 gümüş medal qazanan idmançıların Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri katada 18-19 yaş kateqoriyasında qızlar arasında Sevinc Mövsümzadə (50 kq) və +40 yaş kateqoriyasında veteranlar arasında Nazim Mövsümzadənin qızıl, 16-17 yaş kateqoriyasında oğlanlar arasında Kənan İsmayılzadənin (60 kq) isə gümüş medal qazanmasına münasibət bildirib. O, adıçəkilən idmançıların hər birinin şəxsi kumitedə də birinci yeri tutduqlarını xatırladıb: “Turnir bu il Yaponiyada keçirilən ikinci yarışdır. Mayda kudo üzrə dünya çempionatı da orada keçirilmiş və iki idmançımız qızıl medal qazanmışdı. Budəfəki beynəlxalq turnirdə isə həm baş məşqçimiz Nazim Mövsümzadə, həm onun qızı Sevinc Mövsümzadə, həm də Kənan İsmayılzadə uğurlu çıxış etdilər”.

R.Bünyatov, eyni zamanda, yarış ərəfəsində Ümumdünya Koşiki Karate-do Federasiyasının (WKKF) rəhbəri, 10-cu dan qara kəmər sahibi professor Massayuki Kukan Xisataka tərəfindən beynəlxalq seminarın keçirildiyini də sözlərinə əlavə edib: “Sevindirici haldır ki, Xisataka həmin seminarda özünə köməkçi kimi Nazim Mövsümzadəni seçmişdi. Həmçinin, orada mənim 6-cı dan qara kəmərim də təsdiqləndi”.

O, artıq qarşıdakı turnirlər barədə düşündüklərini vurğulayıb: “Bundan sonra da yarışlar olacaq. Planlı şəkildə turnirlərə hazırlaşırıq. Hədəfimiz qatıldığımız bütün yarışlarda zirvəyə çıxmaq, birinci olmaqdır”.

Fərdi
Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

Fərdi
Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Tennis üzrə Bakı çempionatının qalibləri bəlli olub

Fərdi
2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib