Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar başa çatıb

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar başa çatıb

Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, FIVB-nin "Level 1" seminarında Bakı və bölgələdən olan məşqçilərlə yanaşı, Türkiyə, Almaniya və İrandan ümumilikdə 34 mütəxəssis iştirak edib.

Seminara rəhbərliyi türkiyəli Cengiz Akarçeşmə edib. Onun asistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatı almış, Azərbaycan millisinin də üzvü olan Tural Həsənli olub.

Nəzəriyyə və təcrübədən ibarət olan seminarda iştirakçılar əvvəlcə praktiki yoxlamadan keçiblər. Burada lazımi bal toplayan məşqçilər daha sonra baş tutan nəzəri imtahanda iştirak haqqı qazanıblar. İyulun 7-də keçirilən son imtahanda yüksək nəticə göstərmiş iştirakçılar müəyyən ediliblər.

Seminarda iştirak etmiş və imtahanları uğurla başa vurmuş 29 mütəxəssis FIVB-nin "Level 1" dərəcəli beynəlxalq sertifikatına layiq görülüb.

İmtahanlardan sonra seminarın bağlanış mərasimi keçirilib. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftahəddinova, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Ç.Hüseynzadə seminarın əhəmiyyətindən danışıb, ölkədə belə beynəlxalq tədbirlərin təşkilinin vacibliyini vurğulayıb. Bu seminarın yerli mütəxəssislərə yeni imkanlar açacağını, onların beynəlxalq səviyyəyə yüksəlməsinə kömək edəcəyinə əminliyini ifadə edib.

Daha sonra söz F.Qarayevə verilib. Məşqçilərin seminar ərzində xüsusi fəallıq göstərdiyini vurğulayan federasiyanın vitse-prezidenti fərqlənən mütəxəssisləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Seminarın önəmindən söz açan B.Quliyev bunun uşaq voleybolunun kişafına böyük təkan verəcəyini söyləyib.

Cengiz Akarçeşmə isə seminarın yüksək səviyyədə təşkili üçün federasiyanın lazımi şəraiti yaratdığını bildirib. Onun sözlərinə görə, bu kursların qalibi və ya məğlubu yoxdur. Mütəxəssis seminarın hər bir məşqçi üçün yaxşı təcrübə olduğunu qeyd edib.

Sonda "Level 1" dərəcəsi alan məşqçilərə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib. Sözügedən sertifikatı alanlar arasında AVF-nin mətbuat katibi Şəfəq Kərimova da var.

Qeyd edək ki, yaxın vaxtlarda Bakıda FIVB-nin "Level 2" və "Level 3" seminarlarının keçirilməsi də nəzərdə tutulur.

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Komanda
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Komanda
AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb