Avropa Oyunları: Açılış mərasimi keçirilib - FOTO

Avropa Oyunları: Açılış mərasimi keçirilib - FOTO

Polşanın Krakov şəhərində təşkil olunan III Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

QELEBE.AZ saytının Krakova ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir Krakovun “Henik Reyman” stadionunda təşkil olunub.

1953-cü ildə inşa olunan bu arenada “Visla” futbol klubu öz oyunlarını keçirir. 33 min 326 tamaşaçı tutumuna malik stadiondakı açılış mərasimi dolu tribunalar önündə gerçəkləşib. Tədbirin bütün biletləri bir ay öncədən satılıb.

Açılış mərasimindən Avropa Olimpiya Komitələri, təşkilatçı ölkə Polşanın rəhbər şəxsləri, həmçinin digər ölkələrdən olan qonaqlar, o cümlədən Azərbaycan Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin rəsmiləri iştirak ediblər. Açılış mərasiminin bədii hissəsi xoreoqrafiyası ilə göz oxşayıb. Musiqi və rəqslərin sintezindən qurulmuş ssenaridə polşalı müğənnilər Trbos və Roksi Vengel, Ukraynanın “Kaluş” hip-hop qrupu kimi tanınmışlar da iştirak edib. Həmçinin Kşiştof Çuqovski, Qoleç və Orkestr, Zakopover, Darya je Şląsk, Kamil Bednarek, Munyek və Prjyaasiele də açılış mərasiminin ulduz qonaqları sırasında yer alıb.

Bakı vaxtı ilə saat 22:30-da start götürən mərasimdə idmançıların paradı da olub. Azərbaycan millisi paraddan keçib. Bayrağımızı qılıncoynadan Barat Quliyev və oxatan Yaylagül Ramazanova daşıdığı halda, onu yığmamızın şef-de-missionu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, idmançılar və rəsmi şəxslər müşayiət ediblər. Yarışa gec qoşulacaqları üçün sonradan Polşaya yollanacaq, həmçinin yaxın müddətdə mübarizəyə qoşulacaq və digər şəhərlərdə gücünü yoxlayacaq atletlər tədbirdə iştirak etməyib. Azərbaycan millisi paraddan 6-cı keçib.

Açılış mərasimində yarışın məşəli də yandırılıb. Krakovdakı stadionda bu vəzifəni 3 yerli atlet yerinə yetirib.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında Avropanın 48 ölkəsindən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 14 növ üzrə 101 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multi-idman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

Digər növlər
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Digər növlər
"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

"İlin Qalibləri - 2022" layihəsinin mükafatçıları açıqlanıb

Digər növlər
"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Hyundai Accent: Texniki Xüsusiyyətlər və Ehtiyat Hissələri

Digər növlər
Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub