"Qəbələ"nin titullu və rekordçu rəqibi: "Omoniya" heç vaxt elitanı tərk etməyib

"Qəbələ"nin titullu və rekordçu rəqibi: "Omoniya" heç vaxt elitanı tərk etməyib

"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kipr "Omoniya"sını əsası 1948-ci ildə qoyulub.

"Report" xəbər verir ki, Nikosiyanı təmsil 75 yaşlı komanda ev oyunlarını 22 859 tamaşaçı tutumuna malik "GSP Stadium"da keçirir.

"Omoniya" ölkəsinin ən titullu klublarından biridir. Nikosiyalılar 21 dəfə Kipr çempionu olub və 16 dəfə kuboku qazanıb. “Ağ-yaşıllar” Superkuboku rekord sayda – 17 dəfə əldə edib.

“Qəbələ”nin rəqibi Kipr çempionatının yüksək liqasını heç vaxt tərk etməyən üç klubdan biridir. “Omoniya”nın hesabında üç tripl (çempionluq, kubok, Superkubok) və beş dubl (çempionluq, kubok) var. Sonuncu dəfə 2020/21 mövsümündə qızıl medal qazanan “Omoniya” son iki ildə Kipr kubokuna sahib çıxıb.

Komandanın avrokuboklardakı debütü 1965/1966 mövsümünə təsadüf edib. Uzun illər nikosiyalılar uğura həsrət qalıb, ən yaxşı halda bir mərhələ adlayıblar. Lakin son illərdə “Omoniya” azarkeşlərini Avropada da sevindirməyə nail olub. Son üç ildə komanda iki dəfə Avropa Liqası, bir dəfə Konfrans Liqasında qrup mərhələsinə qədər irəliləyib. Nikosiya təmsilçisi Azərbaycan klubları ilə də görüşüb. “Omoniya” iki il əvvəl Konfrans Liqasının qrupunda “Qarabağ”la matçlarda bir xal əldə edib – 1:4, 2:2.

2023-cü ilin fevralından Sofronis Avqustinin çalışdırdığı “Omoniya” ötən mövsüm ölkə çempionatında 6-cı yeri tutub. Kubokun finalında isə AEL üzərində 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Azərbaycanda, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.

Futbol
Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord vurub

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord vurub

Futbol
La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

Futbol
Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Azərbaycan millisinin futzalçısı: "Seçmə mərhələdə asan oyun yoxdur"

Futbol
Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
Azərbaycanın U-19 yığması seçmə mərhələni xalsız başa vurub

Azərbaycanın U-19 yığması seçmə mərhələni xalsız başa vurub

Futbol
KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

Futbol
Mario Balotellinin yeni klubu bəlli olub

Mario Balotellinin yeni klubu bəlli olub

Futbol
Kadi Borges “Qarabağ”dan ayrılıb

Kadi Borges “Qarabağ”dan ayrılıb