Yunis Hüseynov: "Artıq Estoniya kimi yığmalar da bizə 3 xal gözü ilə baxırlar"

Yunis Hüseynov: "Artıq Estoniya kimi yığmalar da bizə 3 xal gözü ilə baxırlar"

"Artıq həmin ölkələr də bizə 3 xal gözü ilə baxırlar".

Bunu "QELEBE.AZ"a açıqlamasında Futbolun İnkişafı Fondunun Himayəçilər Şurasının üzvü Yunis Hüseynov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Bakıda Estoniya ilə 1:1 hesablı heç-heçə etdiyi F qrupunun III tur oyunu barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis bildirib ki, bu cür yığmalara üstdən-aşağı baxmaq düzgün deyil: "Estoniya, Latviya və Litva kimi ölkələr haqqında danışanda deyirik ki, bunlara qalib gələ bilərik. Bu zaman ortaya belə bir sual çıxır: Nəyə görə, hansı səbəblərdən biz bu yığmaları udmalıyıq? Həddindən artıq çoxmu futbolçumuz var, seçimi düz etmir, qalib gələ bilmirik? Görün, estonların neçə oyunçusu legioner həyatı yaşayır. Adı Estoniyadır, düşünürük ki, biz onları udmalıyıq. Amma rəqib futbolçuların harada oynadıqlarına baxmırıq. Yığma üzvlərinin əksəriyyəti legioner həyatı yaşayır. Bəs, bizdə kimlər var? Olanımız bunlardır. Gərək, reallıqla barışaq. Düzdür, mən də istəyirəm ki, milli komandamız qələbə qazansın. Lakin hazırda futbolçu qıtlığı var. Üstəlik, çempionat yeni bitib, yorğunluq hiss olunur. Bunlar da nəticəyə təsir edən amillərdir.

"Karvan", "Xəzər Lənkəran", "Kəpəz" və "Keşlə" (indiki "Şamaxı") komandalarının sabiq baş məşqçisinin sözlərinə görə, bu gün bütün yığmalarda inkişaf gedir: "Onlarda futbolçu yetişir, bizdə isə yox. Hər ölkənin yaxşı klublarda çıxış edən legionerləri var. Onlar da gəlib öz oyunları ilə milliyə xeyir verirlər. Az da olsa, bizim də keyfiyyətli futbolçularımız var. Amma işləmək lazımdır ki, yaxşı klublara getsinlər. Mən şəxsən Mahir Emreliyə çox inanırdım. Təəssüf ki, alınmadı. Gərək, legioner həyatı yaşayanda da qarşıya məqsəd qoyasan. Razıyam, o psixologiya məndə də var. Amma iş orasındadır ki, o vaxt biz harasa gedəndə bunu başa salan yox idi. Əksinə, deyirdilər ki, hara gedirsən, qal, burada oyna. Başımızı qatırdılar, heç yerə getmirdik. Amma biz indi öz futbolçularımıza izah edirik ki, legioner həyatı yaşamaq lazımdır. Belədə yığmamız da güclənəcək. Gərək, ölkə xaricinə gedəndə də işinə peşəkar yanaşasan. Orada elə şey yoxdur ki, getdinsə, daim start heyətində oynayacaqsan. Bunun üçün mübarizə aparmaq lazımdır. Rəqabətə öyrəşməliyik".

Hüseynov milli komandada rəqabət olmadığını söyləyib: "Əsas millinin U-21-lə yoxlama oyununu izlədim. Bizdə aşağıdan gələn oyunçu yoxdur. Bilirsiniz, bir yer üçün 2-3 futbolçu rəqabət aparmırsa, hər zaman arxayınlıq olur. Bunların hamısı faktdır. Rəqabət lazımdır. Hələ o vaxtdan deyirəm ki, I Divizionla əvəzedicilərin çempionatını ayırmaq lazımdır. İcraiyyə Komitəsinin son iclasında buna qərar verdilər. II Divizionun yaradılması da müsbət haldır. Artıq çempionatda stimul olacaq. Yaxşı futbolçular üzə çıxacaq".

Təcrübəli mütəxəssis bir daha millini yerli məşqçinin çalışdırmalı olduğunu xatırladıb: "Amma yenidən əcnəbi gətirəcəklərsə, onda De Byazinin qalıb işləməsini istəyirəm. Çünki elə-belə mütəxəssis deyil. Albaniya yığmasını AVRO-2016-nın final mərhələsinə çıxarıb. Yəni, nəticə vermiş məşqçidir. Digər tərəfdən, artıq milli komandamızı tanıyır. Başqa əcnəbinin təyinatı vaxt itkisi olacaq".

Futbol
Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Futbol
“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Futbol
Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Çingiz Abdullayev "Neftçi"nin Müşahidə Şurasından gedib

Futbol
"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

Futbol
Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Futbol
“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Futbol
Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Futbol
"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub