Canni De Byazi: "Ümid edirəm ki, əvvəlki matçlar təcrübəsi az futbolçular üçün dərs olar”

Canni De Byazi: "Ümid edirəm ki, əvvəlki matçlar təcrübəsi az futbolçular üçün dərs olar”

“Ümid edirəm ki, Avstriya və İsveçlə matçlar təcrübəsi az futbolçular üçün dərs olar”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

Qarşılaşmanın baş tutacağı “Dalğa Arena”da təşkil olunan tədbirdə italiyalı mütəxəssis əvvəlcə qrupun ilk iki qarşılaşmasındakı uğursuzluğa toxunub: “İlk iki oyunda uduzduq, 9 qol buraxdıq. İki güclü komanda ilə qarşılaşdığımızı da nəzərə almalıyıq. Həm Avstriya, həm də İsveçlə görüşün bəzi hissələrində yaxşı çıxış etdik. Təbii ki, individual səhvlər oldu, bu da bizə baha başa gəldi".

67 yaşlı mütəxəssis son 7 qarşılaşmada tətbiq etdikləri sistemin uğurlu olduğunu düşünür: “Bu sistemdə yaxşı nəticələr göstərdik, 5 qələbə qazandıq. Düzdür, son iki görüşdə uduzmuşuq, bu da futbolda baş verir”.

Baş məşqçi azarkeşlərin Estoniya üzərində qələbə gözləməsinin onlarda psixoloji gərginliyə yol açacağına inanmır: “Son iki görüşdə uduzduğumuzdan, uşaqlarda revanş istəyi var. Estoniyada mövsümün gedişidir. Bu, vacib amildir. Ancaq yenə də ümid edirəm ki, sabah 3 xal qazanacağıq. Ola bilər ki, bəzi oyunçular bu tempdə oynamağa öyrəşməyiblər. Əgər başqa çempionata öyrəşmisənsə və rəqibin böyük liqalarda çıxış edirsə, çətinliklə üzləşəcəksən. Bizim matçlardakı inkişafı görmürüksə, deməli, özümüz görmək istəmirik”.

De Byazi Estoniya önünə qələbə üçün çıxacaqlarını əlavə edib: “Rəqibin Avstriya ilə oyununu izləmişəm, yaxşı çıxış ediblər. Futbol riyaziyyat deyil. İstənilən halda sabah qələbə üçün əlimizdən gələni edəcəyik. Bilirəm ki, futbolçularımızda yorğunluq var. Ancaq uğur qazanmaq üçün rəqibdən çox qaçmalı, böyük enerji sərf etməliyik”.

O, hücumçu Mahir Emrelinin start heyətində və son vaxtlar çıxış etdiyi mövqedə yer alacağını vurğulayıb.

Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

Futbol
Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Marko Yankoviç: “Arzum məhz “Qarabağ” kimi klubda oynamaq idi”

Futbol
"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

"Neftçi" məhsuldar oyunlar sayında 200-ə çatıb

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

Futbol
"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Futbol
Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Futbol
"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

"Qarabağ" Bakıda "Olimpiakos"la heç-heçə edib

Futbol
Aleksey İsayev zədələnib

Aleksey İsayev zədələnib

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

Futbol
“Real” İspaniya Superkubokunun finalına yüksəlib

“Real” İspaniya Superkubokunun finalına yüksəlib

Futbol
Pele ailə üzvləri ilə vidalaşıb

Pele ailə üzvləri ilə vidalaşıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"