London marafonunda yeni dünya rekordu müəyyənləşib
London marafonunda yeni dünya rekordu müəyyənləşib.
APA xəbər verir ki, Keniyanın təmsilçisi Sebastiyan Save London marafonunun qalibi olub.
Sebastiyan Saveyə 42 km 195 metr məsafəni qət etmək üçün 1 saat 59 dəqiqə 30 saniyə lazım olub. Əvvəlki dünya rekordu 2023-cü ilin oktyabrında qeydə alınıb. Həmin vaxt onun həmyerlisi Kelvin Kiptum Çikaqo marafonunda 2 saat 35 saniyə nəticə göstərib. Save dünya tarixində iki saatdan tez marafon qaçan ilk idmançı olub.
London marafonunda ikinci yeri efiopiyalı Yomif Kejelça (1:59.41), üçüncü yeri isə Uqandadan olan Ceykob Kiplimo (2:00.28) tutub. İlk üçlük əvvəlki dünya rekordundan daha sürətli nəticə göstərib.

https://qelebe.az//uploads/photo/london-marafonunda-yeni-dunya-rekordu-mueyyenleshib.webp