Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb
Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız “Paolo d’Aloja” xatirə turnirində uğurlu çıxış edib.
QELEBE.AZ xəbər verir ki, təmsilçilərimiz İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.
Nurlan Paşayev - Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb.
Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.

https://qelebe.az//uploads/photo/avarchekenlerimiz-paolo-daloja-turnirinde-iki-medal-qazanib.webp