Qelebə.az / Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb

Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb

Bu gün, 18:17

Akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamız “Paolo d’Aloja” xatirə turnirində uğurlu çıxış edib.

QELEBE.AZ xəbər verir ki, təmsilçilərimiz İtaliyada təşkil olunan reqatada iki medal qazanıb.

Nurlan Paşayev - Ziya Məmmədzadə cütü 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb.

Azər İlyasov eyni məsafədə 1 nəfərlik qayıqda üçüncü yer tutub.

Geri qayıt